Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan marketin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə, lambirdən ibarət tavanı 60 kv.m sahədə və ərzaq malları qismən yanıb. “Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda market yanıb
Hadisə
28 Yanvar , 2015
09:35


Son xəbərlər
