Yuxarı
    Bağlamaq

    Bakıda marixuana ilə tutulmuş şəxsə hökm oxunub

    O, 11 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səfər İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Məhkəmənin hökmü ilə S.İbrahimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, S.İbrahimov bu il yanvar ayının 15-də Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən şalvarının cibindən 200 manat pul və marixuana aşkar edilib. 

    S.İbrahimov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik, külli miqdarda) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi