Bakıda “Makarov”la gəzən şəxsin istintaqı başa çatdı

Bakıda “Makarov”la gəzən şəxsin istintaqı başa çatdı Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Ağamehdi İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
14 Aprel , 2020 11:09
Bakıda “Makarov”la gəzən şəxsin istintaqı başa çatdı

Qanunsuz silah gəzdirməkdə təqsirləndirilən Ağamehdi İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Babək Pənahovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayb.

Qeyd edək ki, üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Ağamehdi İslamovu mart ayında Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsinin (PB) əməkdaşları saxlayıb.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum A.İslamovun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Makarov” markalı atəşə yararlı tapança, 7 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Ona Cinayət Məcəlləsinin 228-1-ci (qanunsuz odlu silah saxlama) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi