Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.
Hadisə
3 fevral 2023 10:38
Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bakıda mağazalardan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

"Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Araşadırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi