Bakıda mağazalardan oğurluq edən şəxs tutulub - VİDEO

Bakıda mağazalardan oğurluq edən şəxs tutulub - VİDEO Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda mağazalardan oğurluq edən şəxs tutulub.
Hadisə
28 Fevral , 2019 10:03
Bakıda mağazalardan oğurluq edən şəxs tutulub - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda mağazalardan oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə oğurlanıb.

Zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi