Yuxarı

​Bakıda mağazalardan oğurluq edən qadın saxlanılıb

O, 28 May” metro stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən mağazalardan geyim əşyaları oğurlayıb

Bakı. 31 dekabr. REPORT.AZ/ Bakıda mağazalardan geyim əşyaları oğurlayan qadın saxlanılıb. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da Bakı şəhər sakinləri Vaqif Əkbərli və Gülşən Əliyevaya məxsus, metronun “28 May” stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən mağazalardan geyim əşyaları oğurlamış paytaxt sakini Aniya Səfərova saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi