Bakıda mağazadan paltar oğurlayanların cinayət işi məhkəməyə göndərilib

Bakıda mağazadan paltar oğurlayanların cinayət işi məhkəməyə göndərilib Xətai rayonunda yerləşən geyim dükanından oğurluq etməkdə təqsirləndirilən Elmar Ağalarov və Çinar Tağıyevin barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
20 İyul , 2019 09:56
Bakıda mağazadan paltar oğurlayanların cinayət işi məhkəməyə göndərilib

Xətai rayonunda yerləşən geyim dükanından oğurluq etməkdə təqsirləndirilən Elmar Ağalarov və Çinar Tağıyevin barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim İbrahim İbrahimlinin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Mağazanın yan pəncərəsinə bərkidilən kondisioneri çıxaran və həmin hissədən obyektə daxil olan E.Ağalarov ümumi dəyəri 4600 manat olan geyim əşyalarını oğurlayıb.

Əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmar Ağalarov saxlanılıb. Araşdırma zamanı E.Ağalarov paltarları satmaq məqsədilə oğurladığını etiraf edib.

Sonradan Çinar Tağıyev da bu işlə bağlı saxlanıb. Onlara Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindənoğurıluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi