Bakıda mağazadan oğurluq edən şəxs saxlanıldı

Bakıda mağazadan oğurluq edən şəxs saxlanıldı Bakıda mağazadan oğurluq edilib.
Hadisə
28 Mart , 2020 12:05
Bakıda mağazadan oğurluq edən şəxs saxlanıldı

Bakıda mağazadan oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisindəki mağazaların birindən 104 manat pul, 1 000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Abdullayev saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onun bir metal qəbulu məntəqəsindən 2 945 manat dəyərində metal qırıntıları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi