Yuxarı

Bakıda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb

Hadisəni törətmiş üç nəfər tutulub

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış “Milli Ön” ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi