Bakıda mağazadan fotoaparat oğurlayan şəxs tutuldu

Bakıda mağazadan fotoaparat oğurlayan şəxs tutuldu Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
2 İyul , 2020 13:00
Bakıda mağazadan fotoaparat oğurlayan şəxs tutuldu

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da rayon ərazisindəki mağazaların birindən 1 899 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılıb.
 

Son xəbərlər

Orphus sistemi