​Bakıda mağazadan ərzaq oğurlayarkən kamera görüntüsünə düşmüş qadınlar saxlanılıb

​Bakıda mağazadan ərzaq oğurlayarkən kamera görüntüsünə düşmüş qadınlar saxlanılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
20 Aprel , 2015 11:43
​Bakıda mağazadan ərzaq oğurlayarkən kamera görüntüsünə düşmüş qadınlar saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda mağazadan ərzaq məhsulları oğurlayarkən kamera görüntüsünə düşmüş qadınlar saxlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüb.

Aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi