Bakıda mağazadan 6 min manat pul oğurlandı

Bakıda mağazadan 6 min manat pul oğurlandı Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
672
23 Sentyabr , 2020 11:07
Bakıda mağazadan 6 min manat pul oğurlandı

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsi (RPİ) 9-cu Polis Bölməsi (PB) və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1 000 manat və 3 000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıb.

Ümumilikdə evdən 6 100 manat pul oğurlanılıb.

Son xəbərlər

Orphus sistemi