Bakıda mağazadan 36 min manatlıq oğurluq edən şəxslərə hökm oxunub

Bakıda mağazadan 36 min manatlıq oğurluq edən şəxslərə hökm oxunub Onlar üst-üstə 15 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
19 Aprel , 2017 13:46
Bakıda mağazadan 36 min manatlıq oğurluq edən şəxslərə hökm oxunub

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rabil Rəhimov və Kənan Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Rəhimov 8 il və K.Məmmədzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin yanvar ayının 4-nə keçən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən, paytaxt sakini Yusif Əhmədova məxsus mağazadan açar seçmək yolu ilə 36 min manat oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədzadə ilə R.Rəhimov tutulublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ityiham olunublar.

Son xəbərlər

Orphus sistemi