Bakıda mağazadan 2 min manatlıq oğurluq edildi

Bakıda mağazadan 2 min manatlıq oğurluq edildi Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.
Hadisə
136
31 Mart , 2020 12:44
Bakıda mağazadan 2 min manatlıq oğurluq edildi

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, martın 30-na keçən gecə Səbail rayonu ərazisindəki mağazaların birindən 2 000 manat dəyərində 21 ədəd mobil telefonun oğurlanması barədə 9-cu Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmin gecə digər bir gözəllik salonundan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi