Bakıda mağazadan 10 min ABŞ dolları oğurlandı

Bakıda mağazadan 10 min ABŞ dolları oğurlandı Bakıda mağazada oğurluq hadisəsi baş verib.
Hadisə
11 Yanvar , 2021 11:30
Bakıda mağazadan 10 min ABŞ dolları oğurlandı

Bakıda mağazada oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də rayon ərazisindəki mağazaların birindən 10 000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abbasov və Şamaxı rayon sakini M.Mahmudov saxlanılıblar.

Şəxsi axtarış zamanı M.Mahmudovdan metamfetamin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi