Yuxarı

Bakıda mağazada təmir işləri aparan şəxs yıxılaraq ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 1 avqust. REPORT.AZ/ Bakıda təmir işləri aparan şəxs pilləkəndən yıxılaraq ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 30-da Sabunçu rayonu ərazisindəki mağazalardan birində təmir işləri aparan Bakı şəhər sakini Aleksey Kuznetsov pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən A.Kuznetsov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi