Yuxarı
    Bağlamaq

    Bakıda mağazada satıcının gözü önündə 10 min manatlıq qızıl oğurlanıb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 21 dekabr. REPORT.AZ/ Bakıda qızıl dükanından 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

    Belə ki, Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Anar Yusifov və Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Cavadbaba Sultanova məxsus mağazadan satıcının fikrini yayındırmaq yolu ilə 10 000 manat dəyərində olan qızıl-zinət əşyaları oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi