Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda mağaza və 3 avtomobil yanıb. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisinə yığılmış mallar yanıb. Hadisə zamanı mağazanın yaxınlığında dayanan ayrı-ayrı vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobilinin 2 sol arxa qapısının üzlüyü, "Changan" markalı minik avtomobilinin mühərrik hissəsi, "Cerry" markalı avtomobilin sol arxa qapısının üzlüyü də yanıb. Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.