Bakıda mağaza və çay evində oğurluq hadisəsi baş verib.
"Report"un xəbərinə görə, hadisə aprelin 14-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs R.Əliyevaya məxsus mağazadan 80 manat dəyərində tütün məmulatları oğurlayıb.
Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Bölməsi, Post Patrul Xidməti və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1956-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Axundov müəyyən edilərək tutulub.
Araşdırma zamanı məlum olub ki, həmin şəxs E.Cəfərzadəyə məxsus çay evindən də 500 manat dəyərində televizor oğurlayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.