Bakı. 4 avqust. REPORT.AZ/ Bakıda mağaza satıcısına qarşı soyğunçuluq olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”averilən məlumata görə, avqustun 2-də saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki mağazalardan birinə gəlmiş naməlum şəxs satıcı M.Şahbazovaya zor tətbiq edib kassadan 10 manat pul aparıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Talıbov saxlanılıb.
Araşdırmalar davam etdirilir.