Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
9 Yanvar , 2018 11:29
Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxış iclası yanvarın 16-a təyin edilib.

İttihama görə, hadisə ötən il yanvarən 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində Ə.Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. 

H.Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

H.Məmmədovu öldürən Ə.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Cinayəti törədən Ə.Əlizadə H.Məmmədovun qonşusudur.

Məlumata görə, hadisə pul üstündə baş verib.

Son xəbərlər

Orphus sistemi