Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 Aprel , 2018 11:29
Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, hadisə ötən il yanvarən 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Ə.Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. H.Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. H.Məmmədovu öldürən Ə.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib. Cinayəti törədən Ə.Əlizadə H.Məmmədovun qonşusudur. Məlumata görə, hadisə pul üstündə baş verib.

Son xəbərlər

Orphus sistemi