Bakı. 30 May. REPORT.AZ/ Bakıda minik avtomobili yanıb. "Report"un məlumatına görə, hadisə ötən axşam Suraxanı rayonu ərazisində baş verib.
“Mercedes” markalı avtomobil hərəkətdə olan vaxt qəfildən alışıb. Sürücü maşını vaxtında tərk edə bilib.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə briqadası cəlb edilib. Yanan avtomobil söndürülüb, təhlükəsizlik tədbirləri görülüb və ətrafdakı avtomobillər yanğından mühafizə edilib.


