Bakıda "Lotu Quli"nin adından istifadə edən şəxsə hökm oxunub

Bakıda "Lotu Quli"nin adından istifadə edən şəxsə hökm oxunub Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
23 may 2022 08:50
Bakıda Lotu Qulinin adından istifadə edən şəxsə hökm oxunub

Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsiləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən hotellərin birində başından 4 güllə ilə vurularaq öldürülüb.

Son xəbərlər

Orphus sistemi