Bakıda “London Taksi”nin nömrəsi oğurlanıb

Bakıda “London Taksi”nin nömrəsi oğurlanıb “London Taxi” markalı avtomobildə oğurluq hadisəsi olub.
Hadisə
14 Oktyabr , 2021 12:52
Bakıda “London Taksi”nin nömrəsi oğurlanıb

“London Taxi” markalı avtomobildə oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də “London Taxi” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə onun Yasamal RPİ tərəfindən borclu qismində axtarışda olması da müəyyən edilib.

Oğurladığı dövlət qeydiyyat nişanları isə idarə etdiyi “Tofaş” markalı avtomobilin üzərində aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi