Bakıda “London Taxi” markalı avtomobil qaçırılıb

Bakıda “London Taxi” markalı avtomobil qaçırılıb Avtomobili qaçıran şəxs saxlanılıb
Hadisə
14 Avqust , 2017 11:39
Bakıda “London Taxi” markalı avtomobil qaçırılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Pölis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.

Son xəbərlər

Orphus sistemi