Bakıda "London taksisi" 10 yaşlı uşağı vurub

Bakıda "London taksisi" 10 yaşlı uşağı vurub Hadisəni törətmiş sürücü Zakir Əliyevi xəstəxanaya yerləşdirilib
Hadisə
8 May , 2017 07:00
Bakıda London taksisi 10 yaşlı uşağı vurub
Courtesy İmage

Bakı. 8 may. REPORT.AZ/ Bakıda "London taksisi" yol keçən uşağı vurub.

Report" xəbər verir ki, hadisə Xəzər rayonunda, Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində "Xəzər" marketdən çıxan 10 yaşlı Əliyev Zakir Sahib oğlu yolu keçmək istəyərkən 90 AT 602 dövlət qeydiyyat nişanlı "London taksisi" tərəfindən vurulub. Hadisəni törətmiş sürücü Z. Əliyevi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır, sürücünün izahatı alınıb. 

Son xəbərlər

Orphus sistemi