Bakıda "London taksisi" motosikletlə toqquşub

Bakıda "London taksisi" motosikletlə toqquşub Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.
Hadisə
16 İyul , 2019 22:53
Bakıda London taksisi motosikletlə toqquşub

Bakının Nəsimi rayonu ərazisində yol qəzası baş verib.

"Report" xəbər verir ki, Rəşid Behbudov küçəsində "TX4" markalı ("London taksisi") avtomobillə motosikletin toqquşması nəticəsində ikinci nəqliyyat vasitəsinin 1998-ci il təvəllüdlü sürücüsü Saleh İsgəndərov xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol bud sümüyünün sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi