Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib
Hadisə
24 Noyabr , 2018 12:25
Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda oğurluqda təqsirləndirilən Elgiz Nuriyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il avqustun 21-də Nizami rayon ərazisində baş verib. E.Nuriyev rayon ərazisindəki lombardların birindən 200 manat pul və qızıl boyunbağı oğurlayıb.

Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş E.Nuriyev saxlanılıb.

Nizami rayon Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Daha sonra onun digər şəxslərdən də oğurluq etdiyi məlum olub.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş var.

Son xəbərlər

Orphus sistemi