Yuxarı

Bakıda lombarddan içərisində 100 min manat pul və qızıl əşyaları olan seyf oğurlanıb

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda lombarddan içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Məmmədcəfər Cəfərov küçəsi 9 ünvanında yerləşən lombarddan içərisində qızıl-zinət əşyaları, həmçinin 100 min manat pul olan seyf oğurlanıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi