Bakıda lombarda basqın edən şəxs saxlanılıb

Bakıda lombarda basqın edən şəxs saxlanılıb Fakt üzrə araşdırmalar davam etdirilir
Hadisə
9 İyun , 2017 11:15
Bakıda lombarda basqın edən şəxs saxlanılıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bakıda lombarda basqın edən şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub, həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi