Bakıda lombardda işləyən qadını döyərək pul və qızıl aparan şəxslərin məhkəməsi başlayır

Bakıda lombardda işləyən qadını döyərək pul və qızıl aparan şəxslərin məhkəməsi başlayır Bakıda qadına qarşı quldurluqda təqsirləndirilən Nəbi Əhmədov və Ceyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Noyabr , 2019 10:54
Bakıda lombardda işləyən qadını döyərək pul və qızıl aparan şəxslərin məhkəməsi başlayır

Bakıda qadına qarşı quldurluqda təqsirləndirilən Nəbi ƏhmədovCeyhun Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rahib Salmanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Xətai rayonunda baş verib. Rayon ərazisində yerləşən lombardlardan birində işləyən qadının baş nahiyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar. Həmin şəxslər lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslərin Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev olduqları təsdiqlənib. Onlar tutularaq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.

Zərərçəkmiş şəxs qismində isə Əliyeva Leyla Əmrah qızı tanınıb.

Son xəbərlər

Orphus sistemi