​Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

​Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib Hadisə yerinə xilasedicilər cəlb olunub
Hadisə
12 Mart , 2015 05:30
​Bakıda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 12 mart. REPORT.AZ/ Bakının Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə nazirliyin xilasediciləri cəlb olunub.

Onlar liftin qapılarını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Son xəbərlər

Orphus sistemi