Bakıda lift qırılaraq şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI

Bakıda lift qırılaraq şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib
Hadisə
13 İyul , 2018 22:32
Bakıda lift qırılaraq şaxtaya düşüb, üç nəfər xəsarət alıb - SİYAHI

Bakı. 13 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılaraq şaxtaya düşüb. 

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi