DİN: Bakıda küçədə kütləvi davada iştirak etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb

DİN: Bakıda küçədə kütləvi davada iştirak etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb Dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Hadisə
11 mart 2025 10:53
DİN: Bakıda küçədə kütləvi davada iştirak etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb

Bakıda küçədə kütləvi dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib. 

Bildirilib ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Belə ki, bu il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozmaları müəyyən edilib. Onların soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Son xəbərlər

Orphus sistemi