Bakıda kütləvi dava zamanı kişi öz əmisini bıçaqlayıb

Bakıda kütləvi dava zamanı kişi öz əmisini bıçaqlayıb Hadisə Ləhiş bağları kimi tanınan ərazidə baş verib
Hadisə
23 Aprel , 2018 00:11
Bakıda kütləvi dava zamanı kişi öz əmisini bıçaqlayıb

Bakı. 23 aprel. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, Nardaran qəsəbəsi, Ləhiş bağları kimi tanınan ərazidə yerləşən 1960-ci il təvəllüdlü Ağayev Nəcəfəli Səfərəli oğluna məxsus mənzildə ev sahibi ilə qardaşları arasında dava düşüb.

Dava zamanı N.Ağayev qardaşı oğlu 35 yaşlı Ağayev Səfərəli Ataməli oğlu tərəfindən bıçaqlanıb. Eyni zamanda hadisəni törədən şəxs qohumları tərəfindən döyülüb. Hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi