Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
101
24 Dekabr , 2016 10:03
Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində küçədə qeydə alınıb.

Belə ki, 8 nəfərin davası zamanı 23 yaşlı Ağayev Vüsal Nəsib oğlu bıçaqlanıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, V.Ağayev davada iştirak etməyib. O, dalaşan tərəfləri sakitləşdirməyə çalışıb və bu zaman bıçaqlanıb. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi