Bakıda kütləvi dava olub: bıçaqlananlar var

Bakıda kütləvi dava olub: bıçaqlananlar var Hadisə zamanı 2 nəfər bıçaqlanıb
Hadisə
2 Avqust , 2017 07:47
Bakıda kütləvi dava olub: bıçaqlananlar var

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, metronun "20 Yanvar" stansiyası yaxınlığında 5 nəfər arasında yaranmış mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı 1978-ci il təvəllüdlü Qəribov Kamran İkram oğlu və Tural adlı şəxs bıçaq xəsarətləri alıblar. K.Qəribov xəstəxanaya yerləşdirilsə də, digər şəxs hadisə yerindən qaçaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi