Bakıda kürəkənlər öz qayınatalarını döyüblər

Bakıda kürəkənlər öz qayınatalarını döyüblər Onlar xəstəxanaya yerləşdiriliblər
Hadisə
22 İyun , 2017 06:44
Bakıda kürəkənlər öz qayınatalarını döyüblər
Report.az

Bakı. 22 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda iki nəfər öz kürəkənləri tərəfindən döyülüb.

"Report"un xəbərinə görə, Binə qəsəbəsinin "Südçülük sovxozu" kimi tanınan ərazisində 60 yaşlı Səlimov Aftandil Qulu oğlu və 61 yaşlı Məmmədov Əli Şamil oğlu yaşadıqları evdə kürəkənləri ilə mübahisə ediblər. Nəticədə hər iki şəxs döyülüb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi