​Bakıda külli miqdarda oğurluq edən şəxsə hökm oxunub

​Bakıda külli miqdarda oğurluq edən şəxsə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
15 Fevral , 2016 15:23
​Bakıda külli miqdarda oğurluq edən şəxsə hökm oxunub

Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Elman Emilovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Emilov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Emilov Bakı şəhərində müxtəlif evlərdən külli miqdarda oğurluq edib. O, ötən il polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı tutulub. E.Emilov Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi