Bakıda küçədə kişi meyiti tapılıb - FOTO - YENİLƏNİB

Bakıda küçədə kişi meyiti tapılıb - FOTO - YENİLƏNİB Bakı. 22 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi meyit tapılması ilə bağlı rəsmi məlumat yayıb.
Hadisə
22 Fevral , 2019 16:29
0 : 00
0 : 00

Bakı. 22 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi meyit tapılması ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a bildirilib ki, M.Muxtarov küçəsində 45-50 yaşlarında, üzərində heç bir zorakılıq əlaməti olmayan naməlum kişi meyiti aşkar edilib.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 9-cu Polis Bölməsinə (012) 437-02-02 , (012) 492-02-02 şəhər və (055) 226-54-54 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


*** 10:49

Bakı. 22 fevral. REPORT.AZ/ Bakıda küçədə kişi meyiti aşkarlanıb.

“Report” xəbər verir ki, Səbail rayonu, M.Muxtarov küçəsi ev 2-nin qarşısında, təxminən, 45-50 yaşında naməlum kişi meyiti tapılıb. 

Onun şəxsiyyətinin müəyyən edilməsi və ölümünün səbəbinin aşkar edilməsi istiqamətində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi