Bakıda küçədə bir aylıq körpə tapılıb

Bakıda küçədə bir aylıq körpə tapılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 Dekabr , 2016 11:49
Bakıda küçədə bir aylıq körpə tapılıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi