Bakıda köşkdən oğurluq etmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Bakıda köşkdən oğurluq etmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb Bakı. 10 aprel. REPORT.AZ/ Bakıda köşkdən oğurluq etmək istəyən şəxs saxlanılıb.
Hadisə
230
10 Aprel , 2018 13:18
Bakıda köşkdən oğurluq etmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bakıda köşkdən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 4-də gecə saatlarında Bakıxanov qəsəbəsində xidmət aparan mühafizə polisinin əməkdaşları naməlum şəxsin köşklərdən birindən oğurluq etməsinin şahidi olublar.

Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq bölməyə təhvil verilib. Bölmədə onun şəxsiyyəti dəqiqləşdirilib və məlum olub ki, oğurluq etməyə cəhd göstərən şəxs Gürcüstan vətəndaşı Nicat Yolçuyevdir. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2 büküm narkotik maddə olan qurudulmuş marixuana və kəsici-deşici alətlər aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

N.Yolçuyevin başqa hansısa cinayətdə iştirak edib-etmədiyi araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi