Yuxarı
    Bağlamaq

    Bakıda körpünün altında 42 yaşlı kişi bıçaqlanıb

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır

    Bakı. 7 mart. REPORT.AZ/ Bakıda 42 yaşlı kişi bıçaqlanıb.

    "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, 8-ci kilometr qəsəbəsinin yaxınlığındakı körpünün altında 1975-ci il təvəllüdlü Rəhimov Samir Zahid oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. Onunla əlbəyaxa olan naməlum şəxs S.Rəhimova iki bıçaq zərbəsi vuraraq qaçıb. S.Rəhimov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi