Bakıda 2 yaşlı körpə beşmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb

Bakıda 2 yaşlı körpə beşmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir
Hadisə
7 Avqust , 2017 08:24
Bakıda 2 yaşlı körpə beşmərtəbəli binanın ikinci mərtəbəsindən yıxılıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda körpə beşmərtəbəli binadan yıxılıb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 2 yaşlı İsmayılzadə Yusif Seymur oğlu Cəmşid Naxçıvanski küçəsi 35 ünvanında yerləşən beşmərtəbəli binanın 2-ci mərtəbəsinin eyvanının pəncərəsindən yerə yıxılıb. Nəticədə körpə kəllə-beyin travması alıb.

O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər Y.İsmayılzadənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi