Bakı. 30 iyul. REPORT.AZ/ Bakıda dərzi sexindən oğurluq edən şəxs tutulub. "Report"
Belə ki, dərzi sexinin divarında quraşdırılan kondinsioner oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Masallı rayon sakini əvvəllər məhkum olunan Nazir Əsədov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun, Aybək Bağırlıya və Rəşid Fərəcova məxsus mağazalarının divarlarına quraşdırılmış kondisionerləri oğurlaması da müəyyən edilib.