​Bakıda komendantın otağından 11 min manat oğurlanıb

​Bakıda komendantın otağından 11 min manat oğurlanıb Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanıb
Hadisə
28 Aprel , 2016 15:28
​Bakıda komendantın otağından 11 min manat oğurlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda binanın komendantının pulu oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə H.Zərdabi küçəsi, ev 74A ünvanında baş verib.

Belə ki, binanın komendantı, Bakı şəhər sakini, 58 yaşlı Fuad Dadaşovun xidməti otağından açarseçmə yolu ilə içərisində 10 800 manat olan seyf oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi