Yuxarı

Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Xilasedicilər vətəndaşın liftdən çıxmasına şərait yaradıblar

Bakı. 18 fevral. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:29-da başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi