Bakı. 2 mart. REPORT.AZ/ Bakı şəhəri Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas ebiblər və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:56-da başa çatıb.