Bakıda kombi oğurlamağa cəhd etməkdə şübhəli bilinən şəxs axtarışa verilib

Bakıda kombi oğurlamağa cəhd etməkdə şübhəli bilinən şəxs axtarışa verilib Bakının Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında kombini sökməyə cəhd edən naməlum şəxs axtarışa verilib.
Hadisə
140
24 Mart , 2022 03:13
Bakıda kombi oğurlamağa cəhd etməkdə şübhəli bilinən şəxs axtarışa verilib

Bakının Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında kombini sökməyə cəhd edən naməlum şəxs axtarışa verilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

E.Hacıyev feysbuk sosial şəbəkəsindəki hesabında naməlum şəxsin videogörüntüsünü də paylaşıb.

“Təhlükəsizlik kamerasının faydası var. Kameralaşmaya etinasız yanaşmayaq. Paytaxtın Nizami rayonunda yaşayış evlərindən birinin qarşısında naməlum şəxs kombini sökməyə cəhd edir. Görür kamera var, uzaqlaşır. Hazırda həmin şəxsin axtarışları başlayıb. Onu tanıyan varsa, bizə məlumat verməyi xahiş edirik”, - DİN rəsmisi deyib.

Son xəbərlər

Orphus sistemi